Volqa çayında 150-dən çox insanı daşıyan gəmi saya oturdu


Bazar günü Nijni Novqorod vilayətinin Qorodets şəhəri yaxınlığında sərnişin gəmisi saya oturub.

Bu barədə Volqa Nəqliyyat Prokurorluğu xəbər verib.

Məlumata görə, hadisə Volqa çayında, Qalaninski estakadasının yaxınlığında baş verib.

Bildirilib ki, “İlya Muromets” adlı gəminin göyərtəsində 113 sərnişin və 42 ekipaj üzvü var.

Köməyə gələn Volqa Gəmiçiliyinin yedək gəmisi sayəsində “İlya Muromets” yenidən yoluna davam edib.

Prokurorluqdan vurğulalnıb ki, gəmi ilə bağlı insident nəticəsində zərərçəkən olmayıb, çayda gəmilərin hərəkət qrafiki pozulmayıb.

Mənbə: İnterfaks

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}