İlham Əliyev və Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezident Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib. Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısına və Birinci vitse-prezident Turizm Məlumat Mərkəzi barədə məlumat verilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Hadrut “Qovşaq” yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib, Dədəli kəndinin təməlini qoyub. Şəffaflıq.az
Facebook-da paylaş