İranda son 5 gündə 19 etnik bəluc edam edilib - FOTO
İranda son 5 gündə 19 etnik bəluc barəsində çıxarılan ölüm hökmü icra olunub. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Bildirilir ki, mayın 4-də Zahidandan olan Nurəhməd Zaruji (Nahtani) barəsində çıxarılan ölüm hökmü icra edilib. O, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilib. Məlumata görə, edam olunan bəluclar narkotik maddələrin qanunsuz ticarəti, qətl törətməklə bağlı maddələrə əsasən, edama məhkum ediliblər. Müşahidəçilər və hüquq müdafiəçiləri bunun Tehran rejiminin Sistan və Bəlucistan fəallarına qarşı kampaniya olduğunu bildiriblər. Onların qənaətincə, hakimiyyət bu yolla bəlucları qorxutmaq və mübarizədən çəkindirmək istəyir. Məlumata görə, ölkənin müxtəlif həbsxanalarında son 7 ayda 123 etnik bəluc edam olunub. Onlar hakimiyyətə qarşı kütləvi etirazlara qatılıblar. Şəffaflıq.az
Facebook-da paylaş