Tərtərdə məktəbli qızın qaçırılması iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər rayonunda 2007-ci il təvəllüdlü qızın qaçırılması ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir. Qurumdan Oxu.Az-a verilən məlumata görə, həmin şəxs barəsində digər xüsusatlar üzrə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 12:24 Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə kənd məktəblərindən birində qeydə alınıb. Belə ki, 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək üçün qaçırıb. Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib. Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazırda faktla bağlı araşdırma aparılır: “Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedir”. Şəffaflıq.az
Facebook-da paylaş