Abşeronda kişi arvadını bıçaqlayıb


Abşeron rayonunda qadın bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə mayın 2-də rayonun Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, həmin evdə kirayədə yaşayan 1991-ci il təvəllüdlü R.Kərimova əri, 1987-ci il təvəllüdlü Ş.Kərimov tərəfindən bıçaqla sol kürək nahiyəsinə, sol döş qəfəsinə və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası xəsarətləri yetirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}