Bayden hədə-qorxu gəldi: Şimali Koreyada rejim dəyişikliyi
ABŞ Prezidenti Co Bayden Şimali Koreyanı hədələyib. Bayden bildirib ki, Pxenyan ABŞ və ya müttəfiqlərinə nüvə zərbəsi endirməyə cəhd edərsə, bu, rejim dəyişikliyi ilə nəticələnə bilər. ABŞ prezidenti belə bir bəyanatla Cənubi Koreya Prezidenti Yun Sok Yel ilə Vaşinqtonda keçirilən danışıqlardan sonra çıxış edib. Bu barədə Ağ Evin “YouTube” kanalında məlumat verilib. Amerika liderinin sözlərinə görə, Şimali Koreyanın ABŞ və ya onun müttəfiqlərinə, tərəfdaşlarına qarşı nüvə zərbəsi qəbuledilməzdir, buna görə də Vaşinqton Şimali Koreyada rejimin sona çatdırılması üçün bütün addımları atacaq. Danışıqlar zamanı Bayden həmçinin bildirib ki, ABŞ Şimali Koreya ilə münasibətlərdə “diplomatik sıçrayış” variantları axtarır. “Biz yarımadada sabitliyi gücləndirmək və nüvə silahının yayılması təhlükəsini azaltmaq üçün Şimali Koreya ilə ciddi, məqsədəuyğun diplomatik sıçrayış imkanı axtarmağa davam edirik”, - deyə o qeyd edib. Mənbə: Lenta.ruŞəffaflıq.az
Facebook-da paylaş