Yeni Zelandiya sahillərində güclü zəlzələ olub
Yeni Zelandiyanın Şimal adasının sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 101 min nəfər əhalisi olan Lover Hutt şəhərindən 185 km şimal-şərqdə yerləşib. Qeyd olunur ki, zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib. Mənbə: TASS Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş