Cənubi Koreya Rusiyaya avtomobil satışını qadağan etdi
Cənubi Koreya Rusiya və Belarusa qarşı məhdudiyyətləri genişləndirmək qərarına gəlib. Ölkənin Ticarət, Sənaye və Energetika Nazirliyindən verilən məlumata görə, yeni qaydalar aprelin 28-dən qüvvəyə minəcək. Qadağan olunmuş malların siyahısına, xüsusən də qiyməti 50.000 dollar və ya daha çox olan avtomobillər və ehtiyat hissələri daxildir. Həmçinin bu tarixdən respublikada ixraca nəzarət gücləndiriləcək. Ölkə rəhbərliyi əmin olmaq istəyir ki, Koreyanın ikili təyinatlı malları Moskva və Minskə üçüncü ölkələr vasitəsilə tədarük olunmayacaq. Eyni zamanda, Rusiyaya işlənmiş avtomobillərin satışına icazə veriləcək. Mənbə: vesti.ruŞəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş