Bərdədə silahlı insident olub, yaralanan var
Bərdədə silahlı insident olub, yaralanan var. “Report”un Qarabağ bürosunun hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün axsam saatlarında Bərdə şəhəri, 26-lar adlanan ünvanda qeydə alınıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib. E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş