Ulduz falı: 20 aprel, 2023-cü il
Qoç Bu gün bəzi məsələlərdə qalmalımı və ya getməlimi fikri arasında seçim etməli olacaqsınız. Bilmirsiniz nə edəsiniz. Sizi qane etməyən bir yerdə qalmalımı, adi olanın etibarlılığına güvənməlimi, yoxsa daha yaxşı ola biləcək bir ehtimal üçün əlinizdə olanı riskə atmalımı? Çox düşünəcəksiniz bu gün. Hansı sizin üçün yaxşı ola bilər? Yeniliklərə açıq olmaq lazımdır. Naməlum bir ehtimala addım atmaq çətin görünə bilər. Bunun üçün planlı şəkildə hərəkət etməlisiniz. Ya indiki şərtlərinizdən razı qalıb, monoton yaşayacaqsınız, ya da həyatın dinamikasını qəbul edib risk edəcəksiniz! Buğa Bu gün siz daxildə və xaricdə iki insan arasında bölünmüş hiss edə bilərsiniz. Özünüzün hər kəsə göstərmədiyiniz bir tərəfiniz var. Başqalarının şahid olacağı bir qərar verməli olduğunuz zaman o tərəfinizi gizlətməkdə çətinlik çəkəcəksiniz. Ya həqiqətən istədiyinizi inkar edəcəksiniz, ya da insanların sizi gördüyü tərəfinizə qarşı çıxmaq riskini alacaqsınız. Özünüzü gizlədərək bəzən həyatınızı asanlaşdıra bilərsiniz, amma indiki vəziyyət onlardan biri deyil. Gələcək peşmanlıqları azaltmaq üçün, özünüzlə dürüst olmağı seçməlisiniz. Əkizlər Bu gün başqaları ilə vaxt keçirməkdənsə, təkbaşına qalmağa üstünlük verəcəksiniz. Xoşunuza gəlməyən bir yerə dəvət olunmusunuz. Özünüzü burada tək hiss edəcəksiniz. Yalandan gülümsəmək sizi yorur. Bəzən təklik daha yaxşıdır. Amma bu gün təklik sizə, əhvalınızı yüksəldəcək xoş anları əldən vermə ehtimalı yaradacaq. İnsanlara şans verməyi düşünün. Özünüzü yaxşı hiss etməsəniz, tək qalmaq şansınız hər zaman var. Bu gün fikri mübadiləsi edə biləcəyiniz bir insanla tanış olma ehtimalınız var. Bu sizə uyğun bir insan ola bilər. Şansınızı itirməyin. Xərçəng Son zamanlar sosial çevrəniz sizi pis davranışlara yönləndirir. Ya sizi buna həvəsləndirir, ya da diqqət yetirdiyiniz sağlam vərdişlərə əməl etməyinizi çətinləşdirir. Bir tərəfdən ətrafınıza uyğunlaşmağa çalışırsınız, digər tərəfdən isə özünüzü düşünür, yaxşı işlər görməyə can atırsınız. Bu çevrə yaxın zamanlarda qoşulduğunuz bir çevrədir. Bu inşalara çox güzəştlər etməyin. Əgər bu insanlar sizin üçün kiçik düzəlişlər etməkdən imtina edirlərsə, necə düşünürsünüz, həqiqətən də sizin həyatınızda olmağa layiqdirlərmi? Siz hər kəsdən önəmlisiniz. Gələcəkdə bu qərara görə özünüzə təşəkkür edəcəksiniz. Şir Yaxşı reputasiyanızı bir kənara qoymaq, pis olmaq istəyirisnioz. Üzərinizdə səlahiyyət sahibi olan biri səbrinizi zorlayıb sizi bezdirə bilər. Siz haqsız tənqidlərə dözə bilməyərək qisas almaq istəyə bilərsiniz. O tənqidlərə cavab olaraq dramatik reaksiya verəcək, amma böyüklüyünü qoruyub saxlamaq və bu məsələni daha sakit şəkildə həll etmək daha yaxşı olar. Onların səviyyəsinə enmək və qisas almaq yalnız keyfiyyətinizi poza bilər. Buraxın hələlik belə olsun. Zaman sizin haqlı olduğunuzu sübut edəndə bu günü tam rahatlıqla xatırlayacaqsınız. Qız İndi həyat nəyisə bitirmək və yaxud onu davam etdirmək arasıdna qalmısınız Bir işdən, bir dostdan, bir yerdən ayrılsanız da, bu günlərdə daha geniş üfüqlərinizin olduğunun fərqinə varmısınz. Yəni sizin üçün həyat daha yaxşıya doğru inkişaf edir. Hər dəfəsində “bu dəfə çökdüm, qalxa bilmərəm” deyirsiniz. Amma hər dəfəsində daha güçlü ayağa qalxırsınız. Amma bəzən təəssüf ki, mənəvi və ya maddi maneələr sizi gecikdirir. Sizə təklif olunan yardımı qəbul etmirsiniz. Amma çalışın bu yardıma havadan gələn hədiyyələr kimi deyil, artıq sizə aid olan, indiyə qədər etdiklərinizin qarşılığında sizə qayıdan şeylər kimi baxmağa başlayasınız. Bu zaman irəliləyiş daha asan ola bilər. Tərəzi Bu gün ifrata varmaqdan yorulduğunuz bir gün olacaq. Hisslərinizi kiminlə bölüşməli? Bəzən iç dünyanıza toplanmış duyğular sizi yorur, onu kiminləsə paylaşmaq istəyirsiniz. Özünüzə kim olduğunuzu xatırladırsınız. Bu yaxınlarda bir problem yaşamısınız. Bu problemə necə reaksiya verəcəyinizə hələ qərar verməmisiniz. Hissləriniz aydınlaşana qədər, probleminizi etibar etdiyiniz biri ilə bölüşmək daha yaxşı olar. Qəzəblisiniz, bunun üçün uzunmüddətli təsiri olan sözlər söyləmək istəmirsiniz. Sakitləşmək üçün özünüzə bir az vaxt verin. Əqrəb Bu gün etibarsızlıq hissi ilə mübarizə aparmaq üçün bir az səy göstərməli olacaqsınız. Özünüzə inamınız həmişəki kimi güclü olmayacaq. Yanlış bir insanın fikrinə uyğun hərəkət edərək, səhv edə bilərsiniz. Bu qərarın mənfi nəticələri ola bilər. Ancaq bu zaman kimə etibar etməli olduğunuzu xatırlayacaqsınız və ən azı özünüzlə bağlı şübhələriniz aradan qalxacaq. Bu dərsi kiçik sıyrıqlarla keçəcəksiniz. Doğru qərar vermək vaxtı yaxınlaşır. Öz dəyərinizi şübhə altına almaq üçün heç bir səbəb yoxdur. Siz daha güclü və doğru yolla davam edəcəksiniz. Oxatan Bu gün instinktləriniz intizam hissi ilə mübarizə apara bilər. Hər şeyi bir kənara qoyub anı yaşamaq istəyirsən. Əgər sizə təqdim olunan xoş bir hiss, xüsusi bir xatirə varsa anı yaşamaq xoş olacaq. Bu günü məsuliyyətlərinizdən qaçmağa çalışdığınız adi bir gün kimi dəyləndirməməlisiniz. Bu gün daha müdrik qərar qəbul etməlisiniz. Sizi sıxışdıran işi təxirə salmaq asan olacaq. Amma sonra özünüzü günahlandıracaqsınız. Tamamilə imtina etmək əvəzinə, çox çalışmaq və ya planlaşdırdığınızın yarısını yerinə yetirmək üçün özünüzü motivasiya edin. Bu zaman balans əldə edə bilərsiniz. Oğlaq Özünüzü kiməsə ifadə etmək istəyə bilərsiniz. Alacağınız reaksiyalar sizi qorxuda bilər. Əsəbi olmaq və şəxsi məsələlərdə həssas olmaq başa düşüləndir. Başqalarına təklif edəcəyiniz çox şey var və utanacaq bir şeyiniz yoxdur. Çox güman ki, ən pis ssenarini düşünərək, özünüzü çox çətinliyə salırsınız. Bir müddət düşünməyə ara verib, işə başlayın. O zaman hər şey daha sürətli gedə bilər. Siz etməli olduğunuz hər şey üçün yaxşı təchiz olunmuşunuz. Dolça Həyatınızdakı insanlar sizi paylaşaya bilmir. Ailəniz və dostlarınız arasında seçimlər edəcəksiniz. Hər kəs emosional istismar və ya mübahisələrlə hər şeyi çətinləşdirməyə davam edir. Siz münasibətlərinizi qorumaq istədiyiniz üçün ortada, səssiz qalırsınız. Sizə həqiqətən dəyər verən insanlar keçdiyiniz vəziyyətləri başa düşməli və həyatı sizin üçün asanlaşdırmağa çalışmalıdırlar. Bunu nəzərə alaraq, həqiqətən kimin sizinlə maraqlandığını görə bilərsiniz. Balıq Ağlınızda çox şey var və bu, sizi həqiqətən vacib olan şeylərdən yayındıra bilər. Zehni olaraq narahat olduğunuz bir şeylə məşğul olmaq,səhv etməyinizə səbəb ola bilər. Səhvləriniz sayəsində növbəti dəfə nə etməməli olduğunuzu biləcəksiniz. Getdiyiniz yolda bütün uğursuzluqlara baxmayaraq nəticədən çox sevinəcəksiniz. Bir az çətin ola biləcək bu prosesdən keçərkən kimin yanınızda olduğuna və kiçik səhvlərinizi kimin araşdırdığına diqqət edin. Gələcəkdə işlər yaxşılaşdığı zaman seçimlərinizdə bu şəxslər sizə laızm ola bilər.Şəffaflıq.az 20 aprel, 2023-cü il tarixi üçün ulduz falını təqdim edir:
Facebook-da paylaş