Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2023-cü il aprel ayının 21 və 22-ci günləri Ramazan bayramı günləri müəyyən edilib. Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, 2023-cü
“Ermənistan tərəfi 44 günlük II Qarabağ müharibəsində həlak olan hərbçilərinin bir qisminin qalıqlarını hələ də dəfn etməyib”. Bunu jurnalistlərə ölkənin səhiyyə naziri Anait Avanesyan deyib. “44 günlük müharibədə həlak olan hərbçilərin bir qisminin qalıqları hələ də basdırılmayıb. Təəssüf ki, ölənlərin yaxınları DNT nəticələrini tanımaq istəmirlər, halbuki qalıqların kimə məxsus olduğuna dair ekspertizanın nəticələri heç bir şübhə doğurmur”, - deyə Ermənistanın səhiyyə naziri bildirib. Xatırladaq ki, 2023-ci ilin fevralında Ermənistanın müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan açıqlayıb ki, şəxsiyyəti müəyyən edilmiş 80-dən çox hərbçinin qalığı respublikanın morqunda saxlanılır, lakin doğmaları onlara sahib çıxmaqdan boyun qaçırırlar. Mənbə: Sputnik ErmənistanŞəffaflıq.az
Facebook-da paylaş