Türkiyənin Suriyadakı hərbi bazalarına hücum olub


PKK/YPG terror təşkilatının yaraqlıları Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı dislokasiya zonasına hücum edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.

“PKK/YPG terror təşkilatı Ramazan ayı olmasına baxmayaraq Suriyanın şimalında “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyat bölgələrindəki baza ərazilərimizə eyni vaxtda minaatan və reaktiv yaylım atəş sistemi ilə hücum edib. Hücum nəticəsində yaralanan 4 əsgər Kilis Dövlət Xəstəxanasına təxliyə edilib”, - deyə məlumatda vurğulanıb.

Bildirilir ki, müəyyən hədəflər dərhal cavab atəşi ilə məhv edilib.

 

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}