Almaniya klubu azərbaycanlı futbolçu ilə yeni müqavilə imzalamaq istəyir


Almaniyanın “Ertsgebirge” klubu Azərbaycan millisinin üzvü Dmitri Nazarovla müqaviləni yeniləmək niyyətindədir.

Saksoniya təmsilçisi yaxşı performans göstərən yarımmüdafiəçini əldən buraxmaq istəmir. Bu səbəbdən ona yeni sözləşmə təklif olunacaq. Ancaq “Ertsgebirge” oyunçunu saxlamaq üçün ona indikindən daha çox məvacib ödəməli olacaq.

Nazarov 2016-cı ildən hazırda III Bundesliqada çıxış edən klubun formasını geyinir. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm 26 matçda 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: tag24.de

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}