İraqda göyərtəsində hərbçilər olan ABŞ helikopteri qəzaya uğrayıb


İraqın qərbində ABŞ-yə məxsus “Chinook” hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının qərargahı məlumat yayıb.

İdarədən verilən məlumata görə, helikopter hərbçiləri daşıyırmış.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

“Əl-Mayadeen” öz növbəsində mənbələrə istinadən qeyd edib ki, “Chinook” “Black Hawk” hücum helikopterinin müşayiəti ilə İraqın qərbindəki “Ayn əl-Əsəd” aviabazasından havaya qalxıb.

O da bildirilir ki, qəza yerində altı hərbçinin meyiti tapılıb, göyərtədə olan yeddinci şəxsin - qadın əsgərin axtarışları hələ də davam edir.

Qeyd olunur ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb, bundan sonra yanğın başlayıb və nəticədə göyərtədəki döyüş sursatı partlayıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}