Azərbaycanda tikinti obyektlərinin istismarına icazə prosedurları təkmilləşdirilir
Azərbaycanda tikintisi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmamış, bu il mayın 1-nə qədər inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək. Şəffaflıq.az xəbər verir ki, bu, “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı xidmətlərə görə sifarişçi haqq ödəməli olacaq.
Xəbəri paylaş
Facebook-da paylaş