Avstraliya sahillərində güclü zəlzələ baş verib
Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb. Zəlzələnin episentri adadan təxminən 700 km qərbdə olub. Burada Avstraliya və Yeni Zelandiya alimlərinin yaşadığı və işlədiyi Makkuari adasının subarktik tədqiqat stansiyası, həm də Avstraliya elmi-tədqiqat donanmasının limanı yerləşir. Zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb. Dağıntı və ölüm barədə məlumat yoxdur. Mənbə: TASS Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş