“Teleqraf” Media Qrupu 11 yaşını qeyd edir


Bu gün “Gündəlik Teleqraf” MMC-yə daxil olan Publika.az və Teleqraf.com saytlarının 11 yaşı tamam olur.

Publika.az 2012-ci ilin martın 1-də portal kimi, “Teleqraf” isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb.

Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, habelə digər videolayihələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.
Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Portal özündə bir neçə bölməni birləşdirir. Nida.az, Qırmızı.az, Stringer.az, Tabloid.az, Bilgi.az, Ekopublika.az, Rəsmi xronika, Dünya, Maraqlı, Mistika, İdman, Layihələr bölmələrinin hər biri alt qruplardan ibarətdir. Portalda ayrıca olaraq “Bitmiş layihələr” bölməsi də var. Bu bölmədə indiyə qədər yayımlanmış, hazırda dayandırılan layihələr toplanıb. Oxucu özünə maraqlı olan layihələri buradan tapa bilər.

Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır. Fasiləsiz xəbər yayımlamaq Publika.az-ın ilk gündən əsas hədəfi olub. Hazırda da bu məqsədə sadiq qalmaqdayıq.

Teleqraf.com saytı isə siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edir. Xəbərə xüsusi həssaslıqla yanaşan bu saytda günün ən aktual məsələləri və hadisələrindən bəhs edən debatlar, açıqlamalar, təhlillərlə tanış ola bilərsiniz.

Məhz bunun nəticəsidir ki, hər iki saytın sözünə etimad göstərən sadiq oxucu auditoriyası formalaşıb. 

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}