“Ermənistan uzun müddətdir Laçın yolu mövzusu ətrafında spekulyasiyalar edir”


“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsi 22 fevral 2023-cü il tarixli qərarını açıqlayarkən Azərbaycanın öz öhdəliklərinə sadiq olduğunu vurğulayıb. Eyni zamanda, Laçın yolunda ekofəalların aksiyasının guya Azərbaycan hökuməti tərəfindən dəstəkləndiyinə dair Ermənistan tərəfinin iddiası təmin edilməyib”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O bildirib ki, məhkəmə prosesində Ermənistan Azərbaycan ərazilərini minaladığına dair təqdim olunan faktları da təkzib edə bilməyib.

Deputat hesab edir ki, Ermənistan bütün vasitələrə əl ataraq regionda vəziyyətin sabitləşməsinə yönəlmiş təşəbbüslərə mane olmağa çalışıb:

“Ermənistanın atdığı addımlar, bu ölkənin rəsmi şəxslərinin verdiyi bəyanatlar göstərir ki, sülh sazişinin imzalanmasını mümkün qədər ləngitməyə çalışırlar. Azərbaycanın Laçın yolunda şəffaflığın təmin olunması ilə bağlı irəli sürdüyü təkliflərin İrəvan tərəfindən qəbul edilməməsi də məhz bu mövqeyin nəticəsidir. Azərbaycan sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifi ilə çıxış etmişdi. Lakin Ermənistan bu təklifin qəbuledilməz olduğunu bildirdi. Əgər həqiqətən Laçın yolu Ermənistan tərəfindən yalnız dinc məqsədlərlə istifadə edilirsə, o zaman nəzarət-buraxılış məntəqəsinin qurulmasına etiraz hansı məntiqə əsaslanır?”

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}