Belarusdakı mikroavtobus qəzasında 11 nəfər ölüb
Belarusun Minsk vilayətində mikroavtobusla yük maşını toqquşub. Hadisə fevralın 20-də R-69 (Smoleviçi - Şatsk) magistralının 9-cu km-də MAZ markalı yük maşını ilə marşrut taksi arasında baş verib. Qəza nəticəsində aralarında uşaq olmaqla 11 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar onlara tibbi yardımın göstərilməsi üçün xəstəxanaya aparılıb. Bildirilir ki, Belarusun daxili işlər naziri İvan Kubrakov faciə yerinə baş çəkib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş