Moskvada Motun konsertində səhnəyə buraxılmayan fanat atəş açıb


Moskvada Motun konserti zamanı insident yaşanıb.

Belə ki, səhnəyə çıxmasına icazə verilmədiyi üçün izləyicilərdən biri atəş açıb.

Hadisə ötən gecə Roçdelskaya küçəsində yerləşən MEMO barında yaşanıb.

Təxminən yeddi nəfərdən ibarət bir qrup fanat səhnəyə çıxmaq istəsə də, mühafizə onları buraxmayıb. Ziyarətçilər dalaşmağa başladığından onları küçəyə çıxarıblar. Kişilərdən biri öz mühafizəçilərindən travmatik tapançanı alaraq atəş açmağa başlayıb.

Bar mühafizəçilərinin sözlərinə görə, cangüdənlər həmin şəxsin əlindən silahı götürərək maşına mindirib və naməlum istiqamətə aparıblar.

Müəssisənin işçiləri polisə zəng ediblər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}