Çavuşoğlu və Blinken zəlzələ zonasına baxış keçiriblər
ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib. Bildirilib ki, dövlət katibinin təyyarəsi Adanadakı İncirlik bazasına enib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb. Daha sonra Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə helikopterlə havadan zəlzələ bölgəsinə baxış keçirib. Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi bildirilib. Qeyd edək ki, bu, E.Blinkenin dövlət katibi kimi Türkiyəyə ilk səfəridir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş