İranda qadın və kişilər üçün ayrı-ayrı təmir sexləri ortaya çıxıb


İranda qadın və kişilər üçün ayrı-ayrı təmir müəssisələri yaradılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Belə ki, bu yaxınlarda İran teleradiosu xanımlar üçün xüsusi təmir emalatxanasının fəaliyyətə başlaması ilə bağlı ətraflı reportaj hazırlayıb ki, bu da keçmiş prezident Həsən Ruhaninin 2016-cı ildəki xəbərdarlıq sözlərini xatırladıb.

Qeyd edək ki, Həsən Ruhani 2016-cı ildə deyib:

“Mən bu insanları tanıyıram, hakimiyyətə gəldikdə, səkilərə divar çəkib piyada gedən qadın və kişilər üçün ayrıca səki salacaqlar”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}