Yeni zelandiyalı futbolçu 2022-ci ilin ən yaxşısı seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Okeaniya Futbol Konfederasiyası (OFC) üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb. Şəffaflıq.az xəbər verir ki, IFFHS-ın versiyasına görə, bu ada Yeni Zelandiya millisinin və İngiltərənin “Nottingem Forest” klubunun hücumçusu Kris Vud layiq görülüb. OFC-də ilin ən yaxşı gənc futbolçusu isə Danimarkanın “Kopenhagen” klubunun yeni zelandiyalı yarımmüdafiəçisi Marko Stameniç seçilib.
Xəbəri paylaş
Facebook-da paylaş