Mikayıl Cabbarov: “Qeyri-neft ixracında üç milyard ABŞ dolları rəqəmini keçmişik”


“Ötən il üçün əsas xüsusiyyətlərdən biri odur ki, neft və qaz qiymətlərinin müsbət dinamikasına baxmayaraq, Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft-qaz gəlirləri hesabına formalaşıb”.

Şəffaflıq.az xəbər verir ki, bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

O bildirib ki, bu, təkcə Dövlət Vergi Xidmətinin işi deyil, həm də bizdən asılı olmayan faktorlardan irəli gəlir:

“Bu, məsələn, dünya bazarlarında enerjidaşıyıcılarının qiyməti və təbii baş verən enerji keçidindən asılıdır. İkinci məqam qeyri-neft ixracında artım dinamikasının davam etməsidir. Lakin biz hələ də istənilən mütləq rəqəmlərdən uzağıq. Bu gün üç milyard ABŞ dolları rəqəmini keçmişik, amma bu bizim ümumi ixracımızla müqayisədə böyük rəqəm deyil.

Eyni zamanda, dinamikaya baxdıqda biz üç il əvvəl 1,7 milyard ABŞ dolları həcmindən danışırdıqsa, indi üç milyard ABŞ dollarına çatmışıq. Hədəfimiz bu prosesi artan templə davam etdirməkdir.

Nazir həm də xidmət ixracına daha çox diqqət yetirilməli olduğuna diqqət çəkib:

“Bu bizim siyasətimizdə öz əksini tapır. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi bu sektora bizim tərəfimizdən sərmayələrin və tənzimləmənin keyfiyyətinin artırılmasını izah edir”.

Könül Cəfərli


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}