Bakıda küləkli havada 3 nəfər xəsarət alıb
Küləkli havada xəsarətlər alan 3 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Bakıda müşahidə olunan küləkli hava ilə əlaqədar saat 13:00-a qədər Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müxtəlif dərəcəli xəsarətlərlə 3 nəfər (qadın) müraciət edib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş