Dağda köməksiz qalmış məktəblilərin valideynləri polis şöbəsinə çağırıldılar


Mingəçevir şəhəri yaxınlığında - Bozdağ silsiləsi ərazisində köməksiz vəziyyətdə qalanlar məktəblilər olublar.

Şəffaflıq.az-ın məlumatına görə, onlar oraya gəzmək üçün gediblər və dərinliyi təxminən 50 metr olan dərədə köməksiz vəziyyətdə qalıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, Mingəçevir şəhərində dağda köməksiz qalan yeniyetmələrin valideynləri polis şöbəsinə dəvət ediliblər:

“Onlarla profilaktik söhbət aparılıb və yeniyetmələr ailələrinə təhvil veriliblər. Onların arasında xəsarət alan olmayıb”.

Mingəçevir şəhəri yaxınlığında - Bozdağ silsiləsi ərazisində bir qrup vətəndaş köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Bozdağ silsiləsində dərinliyi təxminən 50 metr olan dərədə üç nəfər vətəndaş köməksiz vəziyyətdə qalaraq həyati təhlükəli vəziyyətə düşüblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}