İsrail Türkiyədəki zəlzələ zonasında səhra hospitalı yaradacaq
İsrail mülki xilasedicilər dəstəsilə yanaşı, Müdafiə Qüvvələrinin tibbi yardım heyətini də Türkiyəyə göndərib. Müvafi məlumatı İsrail Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, tibbi yardım heyəti fevralın 8-də səhər Türkiyəyə yola düşəcək. “Nümayəndə heyəti zəlzələdən zərər çəkmiş ərazilərdə səhra hospitalı yaradacaq və ehtiyacı olnalara tibbi yardım göstərəcək”, - XİN-dən bildirilib. Qeyd edək ki, İsrailin axtarış-xilasetmə qrupunun birinci hissəsi artıq Türkiyəyə çatıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş