Əsas Səhifə > XARİCİ XƏBƏR > İsrail Türkiyədəki zəlzələ zonasında səhra hospitalı yaradacaq
İsrail Türkiyədəki zəlzələ zonasında səhra hospitalı yaradacaq8-02-2023, 00:36 |
İsrail mülki xilasedicilər dəstəsilə yanaşı, Müdafiə Qüvvələrinin tibbi yardım heyətini də Türkiyəyə göndərib. Müvafi məlumatı İsrail Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, tibbi yardım heyəti fevralın 8-də səhər Türkiyəyə yola düşəcək. “Nümayəndə heyəti zəlzələdən zərər çəkmiş ərazilərdə səhra hospitalı yaradacaq və ehtiyacı olnalara tibbi yardım göstərəcək”, - XİN-dən bildirilib. Qeyd edək ki, İsrailin axtarış-xilasetmə qrupunun birinci hissəsi artıq Türkiyəyə çatıb. Şəffaflıq.az Geri qayıt |