Türkiyədən təxliyə olunmaq istəyən azərbaycanlılara müraciət edilib
Azərbaycanın Türkiyədəki Səfirliyi Vətənə təxliyə olunmaq istəyən vətəndaşlara müraciət edib. Şəffaflıq.az xəbər verir ki, təxliyə bu gün, fevralın 7-də saat 15:00-da baş tutacaq. Azərbaycanlıların ölkəyə yola salınması avtobuslarla həyata keçiriləcək. Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb. 5 775 bina dağılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Xəbəri paylaş
Facebook-da paylaş