Qubada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb


Qubada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Quba rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 6-sı, saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}