Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, 30 nəfər xəsarət alıb


Türkiyənin Diyarbəkir-Şanlıurfa magistral yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Belə ki, yolun buzlaması nəticəsində sərnişinlərlə dolu avtobus dərəyə yuvarlanıb.

Nəticədə 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.

Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}