Myanmada fövqəladə vəziyyət altı ay müddətinə uzadılıb
Myanmanın hərbi hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimini altı ay müddətinə uzadıb. Şəffaflıq.az xəbər verir ki, rejimin uzadılması bu gündən qüvvəyə minib. Xatırladaq ki, 2021-ci il fevralın 1-də Myanma ordusunun əsas zəmanətçisi olduğu konstitusiyanın maddəsinə əsasən, hərbçilər mülki hökuməti devirib. Onlar 2020-ci ilin noyabrında keçirilmiş parlament seçkilərində “Demokratiya uğrunda Milli Liqa” partiyasının xeyrinə kütləvi saxtakarlıq edildiyini bəyan ediblər. Bu partiyanın lideri, əvvəlcə ev dustaqlığına məhkum edilən, daha sonra isə həbs edilən 77 yaşlı Aun San Su Çji 19 maddə üzrə təqsirləndirilərək ümumilikdə 33 il həbs cəzasına məhkum edilib.
Xəbəri paylaş
Facebook-da paylaş