Ukrayna Rusiya və Belarusun 180-dən çox şirkətinə qarşı sanksiya tətbiq edib


Ukrayna Rusiya və Belarusdan olan 185 hüquqi və fiziki şəxsə, həmçinin üç fərdi sahibkara qarşı sanksiya tətbiq edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərman imzalayıb.

Sanksiya siyahısına nəqliyyat, lizinq, investisiya və istehsal şirkətləri daxildir. Sanksiyalar 10 il müddətinə tətbiq edilib. Məhdudlaşdırıcı tədbirlər əsasən aktivlərin bloklanmasını, kapitalın ölkədən çıxarılmasını, ticarət əməliyyatlarının və Ukrayna ərazisindən tranzitin məhdudlaşdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, daha əvvəl Ukrayna Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə qarşı sanksiya təbqiq edilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}