Ötən il Naxçıvanda 7 500-dən çox daşınmaz əmlak obyekti qeydiyyata alınıb
Ötən il Naxçıvan Muxtar Respublika üzrə 7 576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Şəffaflıq.az-ın Muxtar Respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, ötən il ərzində Naxçıvan şəhəri üzrə 3 205, Şərur rayonu üzrə 1 592, Babək rayonu üzrə 1 110, Ordubad rayonu üzrə 486, Culfa rayonu üzrə 471, Şahbuz rayonu üzrə 324, Kəngərli rayonu üzrə 269, Sədərək rayonu üzrə 119, ümumilikdə muxtar respublika üzrə 7 576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bunun 2 398 ilkin, 5 178 təkrar qeydiyyatdır. Qeydiyyata alınmış daşınmaz əmlak obyektlərindən 2 770-i torpaq sahəsi, 1 573-ü mənzil, 2 983-ü fərdi yaşayış evi, 13-ü bağ evi, 104-ü qeyri-yaşayış binası, 107-si qeyri-yaşayış sahəsi və 26-sı əmlak kompleksidir. Hesabat dövründə daxil olmuş müraciətlər əsasında 2 365 əmlaka dair texniki pasport, 3 341 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 5 706 texniki sənəd tərtib edilib. Bu da 2021-ci illə müqayisədə 0,2 % çoxdur. Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 6 225 arayış verilib. Ötən il ərzində 87 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 54 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Facebook-da paylaş