İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya çatıb
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən Azərbaycana məxsus təyyarə Bakıya gəlib. Şəffaflıq.az xəbər verir ki, təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev adına Hava Limanına eniş edib. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən Azərbaycana məxsus təyyarə Tehranın hava limanından Bakıya yola düşüb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, buna səbəb isə İran tərəfi tələbi olub. İran səfirliyindən təxliyə edilən səfirliyin əməkdaşları Azərbaycana yola düşürlər. Şəffaflıq.az xəbər verir ki, Azərbaycan səfirliyinə hücum nəticəsində həlak olan Orxan Əsgərovun da cənazəsi gətirilir. Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.
Facebook-da paylaş