Tehrandakı səfirliyimizdə törədilən terror aktı ilə əlaqədar İranda dinc aksiyalar keçiriləcək
Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı ilə bağlı İranda dinc aksiyalar keçiriləcək. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Bildirilir ki, terror hadisəsi zamanı şəhidlik zirvəsinə ucalan Orxan Əsgərovun ailəsinə başsağlığı vermək üçün insanlar yanvarın 29-da Azərbaycanın Tehrandakı səfirliyi, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu və Güney Azərbaycanın digər şəhərlərində yerləşən nümayəndəliklərin qarşısında yerli vaxtla saat 17:00-da toplaşmağa çağırılırlar. Azərbaycanın diplomatik nümayəndəliklərinin önündə şam yandırılaraq şəhidin xatirəsi ehtiramla yad ediləcək və terror hadisəsi qətiyyətlə pislənəcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş