Qəbiristanlıqda Paşinyana hərarətli “xoşgəldin”: Onun erməni olduğuna şübhə edirlər


İrəvandakı hərbi məzarlığa baş çəkən Ermənistanın baş naziri Nikol Paşinyanı ölənlərin yaxınları təhqirlərlə qarşılayıblar.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə yerli mətbuat yazır.

Yerablur qəbiristanlığına nazirlər və hakim fraksiyanın deputatları ilə gələn Paşinyan ünvanına “türk”, “satqın”, “ermənilərin qatili”, eləcə də dürlü-dürlü söyüşlər eşidib.  

Ordu gününə həsr olunan bu tədbir, 44 günlük müharibədən sonra Nikol Paşinyanın iştirakı ilə Yerablurda keçirilən digər yığıncaqlar kimi, KİV-ə qapalı olub.

“Ərazi xeyli sayda polis, qırmızı beretlilər tərəfindən qorunur. Hətta panteonun aşağı hissəsində polislərlə dolu avtobuslar dayanıb”, - məlumatda qeyd olunur.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}