TDT-nin Baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib - BƏYANAT


“Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi 27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücumu, zorakılıq nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsini, iki təhlükəsizlik işçisinin yaralanmasını qətiyyətlə pisləyir”.

“Report”un Türkiyə bürosunun xəbərinə görə, bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanbiçek Ömüralıyev Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatında bildirib.

Bəyanatda qeyd olunub ki, TDT İran hakimiyyətini bu zorakı hücumla bağlı hərtərəfli araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır.

“Bu gün həyatını itirən zabitin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik” - bəyanatda qeyd olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}