"Şamaxı"nın baş məşqçisi: "Azarkeşlər iş vaxtı matça gəlməyə çətinlik çəkirlər"


"Azarkeşlərimizə təşəkkür edirəm. İş vaxtı olanda matça gəlməyə çətinlik çəkirlər. Amma bu gün bizi tək qoymadılar".

Şəffaflıq.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis futbolçuların əzmkarlıq göstərdiyini bildirib: "Qələbə münasibəti ilə oyunçularımı təbrik edirəm. Bizim üçün vacib idi. Gələcək qarşılaşmalarda "Səbail"ə uğurlar arzulayıram. Biz isə "Qarabağ"la görüşə hazırlaşacağıq".

Əsgərli hər iki hissədə fərqli oyun nümayiş etdirmək istədiklərini söyləyib: "Fasilədə özümüzdə və rəqibdəki boşluqları oyunçulara izah etdik. Bəzən bunlardan istifadə etsək də, davamını gətirə bilmirik".

Baş məşqçi son olaraq transferlər barədə danışıb: "Axtarışlarımız davam edir. 1-2 mövqedə çatışmazlıqlar var. Gənc oyunçularla danışıqlar aparılır".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}