İranda atışma olub, iki nəfər ölüb
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində yerləşən Dalqan şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb Şəffaflıq.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Yerli təhlükəsizlik qüvvələri daha 4 nəfərin yaralandığı barədə məlumat verib. Belə ki, silahlı şəxs video oyun mağazasına daxil olaraq işçilərə və ziyarətçilərə atəş açıb, daha sonra əlbir olduğu şəxslə avtomobillə hadisə yerindən uzaqlaşıb. Yaralananların vəziyyəti sabit qiymətləndirilir. Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırma və şübhəlilərin axtarışına başlayıb. Onların fikrincə, cinayət şəxsi səbəblərdən də törədilə bilərdi.
Xəbəri paylaş
Facebook-da paylaş