COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti uzadılıb
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2023-cü il martın 1-dək uzadılıb. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qeyd edək ki, daha əvvəl bu müddət yanvarın 1-dək uzadılmışdı.
Xəbəri paylaş
Facebook-da paylaş