Belarus Prezidenti Çin sədrini ölkəsinə səfərə dəvət edib


Belarus Prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasının sədri Si Cinpini ölkəsinə səfərə dəvət edib.

Şəffaflıq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dəvət Belarus Prezidentinin Çində qeyd olunan Bahar bayramı ilə əlaqədar Si Cinpinə göndərdiyi təbrikdə yer alıb.

A.Lukaşenko vurğulayıb ki, ötən ilin bütün çətinliklərinə baxmayaraq, Belarus-Çin münasibətlərində uğurlar əldə olunub.

O, iki dövlət arasında münasibətlərin inkişafı istiqamətində bundan sonra da işləri davam etdirməyə hazır olduğunu bildirib.



Facebook-da paylaş


{sape_links}{sape_article}