Haker qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb


Sosial şəbəkələrdə haker qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1996-cı il təvəllüdlü İsmayıl Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalarla müəyyən edilib ki, o saxta haker səhifələr vasitəsilə “mesajları əldə etmə”, “telefon dinləmə” “sosial şəbəkə hesablarının sındırılması”, “kiber xidmətlərin təşkili” adı altında 14 fakt üzrə qadınların müxtəlif məblə]lərdə pul vəsaitini talayaraq mənimsəyib. Pul köçürməyən qadınların isə mobil telefon nömrələrini yayaraq əxlaqsız xidmət göstərmələri ilə bağlı paylaşımlar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}