İnam Kərimov Xaçmazda vətəndaşları qəbul edib


Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz, Şabran və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Şəffaflıq.az-ın nazirliyə istinadən xəbər verir ki, qəbul idarə və tabeli qurumların rəhbərlərinin iştirakı ilə baş tutub.

Qəbula gələn 30 vətəndaşın müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi, qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yenisi ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu fəaliyyətini gün ərzində davam etdirəcək. İ.Kərimov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}