Seneqalda avtobusların toqquşması nəticəsində azı 40 nəfər ölüb



Seneqalda yanvarın 8-də yol qəzası baş verib. “Horaire” daşıyıcı şirkətinin iki sərnişin avtobusu Kafrindən 6 kilometr aralıda toqquşub.

Avtobuslardan biri Dakardan, digəri isə Keduqudan yola çıxıb.

Qəzada ilkin məlumatlara görə, azı 40 nəfər ölüb, yüzə yaxın şəxs yaralanıb.

Seneqal prezidenti Makki Sall qəza ilə əlaqədar respublikada üç günlük milli matəm elan edib.

Hadisənin təfərrüatları araşdırılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}