Fransada Türkiyənin Baş Konsulluğuna hücumla əlaqədar 2 nəfər saxlanılıb
Türkiyənin Fransadakı Baş Konsulluğuna “Molotov kokteyli” ilə hücum edilib. Şəffaflıq.az xəbər verir ki, hadisə Marseldə baş verib. Türkiyə Baş Konsulluğuna hücumda şübhəli bilinən 2 şəxs saxlanılıb, daha 2 nəfərin axtarışı davam etdirilir. Həmin şəxslərin kürd əsilli olduğu məlumdur. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb. Zərərçəkənlər barədə məlumat verilməyib.
Xəbəri paylaş
Facebook-da paylaş