Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən Emil Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçilib.

Şəffaflıq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, E.Məmmədov ali təhsillidir, dörd övladı var.

Məhkəmənin növbəti iclası yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, E.Məmmədov bu ilin martında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub.

Aparılmış araşdırmalar zamanı E.Məmmədovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}