Tacikistan Prezidenti iki naziri və vilayət başçısını dəyişib


Tacikistan Prezidenti Emoməli Rəhmon iki yeni nazir, Xatlon vilayətinin başçısı və dövlət strukturlarında bir neçə başqa rəhbər təyin edib.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq sərəncamları dövlət başçısının mətbuat xidməti yayıb.

Prezident kənd təsərrüfatı nazirini dəyişərək, bu vəzifəyə Xatlon vilayətinin sədri Kurbon Hakimzodanı təyin edib. Rəhmon əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Şirin Amonzodanı başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edib. Onun əvəzinə bu vəzifəyə indiyədək ölkə Prezidenti yanında Statistika Agentliyinə rəhbərlik etmiş Gülnorə Həsənzoda təyin edilib. Tacikistan Milli Bankının keçmiş sədri Camşed Nurmuhammadzoda departamentin direktoru vəzifəsinə təyin edilib. Bundan başqa, idarə rəisinin birinci müavini Abduqaffor Rəhmonzoda və rəis müavini Nurullo Mahmudullozoda başqa işə keçmələri ilə əlaqədar Əmək Nazirliyində tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

Sərəncama əsasən, bundan əvvəl Suqd vilayətinin Bobojon Qafurov rayonuna rəhbərlik etmiş Zəfərbek Davlatzoda hökumət yanında Meliorasiya və İrriqasiya Agentliyinin yeni direktoru təyin edilib. Ölkə hökuməti yanında Meliorasiya və İrriqasiya Agentliyinin direktorunun birinci müavini vəzifəsində çalışmış Bahriddin Sirojiddinzoda Tacikistan hökuməti yanında İxrac Agentliyinin direktoru təyin edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}