Rusiyada saxta nikahların qarşısını alacaq qanun hazırlanıb



Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərin saxta nikah və qondarma atalıq müəyyən etməklə ölkədə öz statuslarını leqallaşdırmaq imkanlarından məhrum etməyə yönəlmiş qanun layihəsi hazırlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya mətbuatına idarənin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

"Hazırda Rusiya Daxili İşlər Nazirliyi xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasının ərazisində qanunsuz miqrasiya statusu əldə etmələri üçün saxta nikahların, eləcə də qondarma atalığın müəyyən edilməsinin aradan qaldırılması baxımından miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsinə yönəlmiş federal qanun layihəsi hazırlayıb. Hazırda mövcud olan qanunla Rusiya Federasiyasına gəlmiş xarici vətəndaşlar qısa müddətdə bu ölkənin vətəndaşı olurlar"- deyə o qeyd edib.

Volk qeyd edib ki, hazırda bu qanun layihəsi üzrə idarələrarası koordinasiya proseduru həyata keçirilir.

"Keçən ilin 11 ayı ərzində Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanları bu şəxslərin Rusiya Federasiyası vətəndaşları ilə bağladıqları nikahın etibarsız sayılması ilə əlaqədar olaraq əvvəllər xarici vətəndaşlara Rusiya Federasiyasında yaşamaq üçün verilmiş icazələrin ləğvi ilə bağlı məhkəmələrdə 400-ə yaxın qərar qəbul edilib", - deyə o qeyd edib.

Mövcud "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" qanun, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya vətəndaşı ilə ən azı üç il evli olduqları təqdirdə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığına qəbul üçün müraciət edə biləcəyini, habelə belə ailədə uşaq olduğu halda bu müddəti gözləmədən etmədən müraciət edə biləcəyini nəzərdə tutur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}