Türkiyə və BƏƏ-nin xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub. Şəffaflıq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib. Nazirlər ikitərəfli əməkdaşlığı və regional məsələləri müzakirə ediblər. Tərəflər eyni zamanda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının qız tələbələrin təhsilinə qoyduğu qadağalar barədə fikir mübadiləsi aparıblar.“Report”
Xəbəri paylaş
Facebook-da paylaş